Yas mərasimləri vip çadırlarda keçirilməyəcək

394 Просмотров

Добавлено: 05.03.2016
Категории: Разное

Yas mərasimləriüçün vip çadırlar. Bir günlük icarəsinin qiyməti təklifdən asılı olaraq 5-30 min manat arasında dəyişir. Belə çadırların qurulması qadağan ediləcək. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bununla da hər kəs yas mərasimlərini bərabər şəkildə keçirəcək və israfçılığın qarşısı alınacaq. Yas mərasimləri zamanı vip adlandırılan çadırların qurulmasına icazə verilməyəcək. Artıq bu məsələ yeni hazırlanan ''Xeyr və Şər adətləri'' adlı qanun layihəsi ilə tənzimlənəcək. Milli Məclisin İctimai birliklər ve dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, yeni qanunla yas mərasimləri zamanı insanlar arasında bərabərlik tam şəkildə təmin ediləcək. Siyavuş Novruzovun sözlərinə görə, bu qanun yas mərasimləri zamanı yol verilən israfçılığın qarşısını tam şəkildə alacaq. Elə vip-çadrlar bazarında apardığımız qısa sorğu da yas mərasimləri zamanı yol verilən israfçılığı təsdiq etdi. Milli.Az