Mismarsız tikilən Bəy evi

534 Просмотров

Добавлено: 04.03.2016
Категории: Разное
Тэги: ev , Bəy evi

Azərbaycan tarixi abidələrlə zəngin bir ölkədir. Onların bəzilərinin yaşı qədim zamanlara gedib çıxır, bəziləri isə yaxın keçmişin yadigarıdır. Onların qorunub gələcək nəsillərə çatdırılması isə bizim üzərimizə düşür. Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzun Yuxarı Öysüzlü kəndində yerləşən, 19-cu əsrə aid tarixi evlər Nəsib sultanın nəvələri - Nəsib və Yusif bəy qardaşlarının mülkü olub. Kənddə 1937-ci ilə qədər yaşayan qardaşlar repressiya dövründə sürgün edilib. Nəsib bəyin evi vaxtilə geniş və çoxsaylı otaqlardan ibarət ikimərtəbəli mülk olub. Sütunlar qaya daşlarından hazırlanıb. Otaqları isitmək üçün divar peçlərindən istifadə edilib.