Aygün Kazımova feat Samir Bağırov "Səninlə"

2913 Просмотров

Добавлено: 04.03.2016
Категории: Музыка
Тэги: mahnı

Aygün Kazımova sənət dostu Samir Bağırov ilə birlikdə duet ifa edib. Milli.Az xəbər verir ki, cütlük Kazımovanın illər əvvəl ifa etdiyi "Səninlə" adlı mahnını duet şəklində ifa edib. Xalq artisti hər zaman Samir Bağırova dəstək olduğunu açıqlayıb: "Mən Samirin xətrini çox istəyirəm. Artıq neçə ildir ki, o, bu sənətdən uzaqlaşıb. Amma mən bunu istəmirəm. İstəyirəm ki, Samir yenidən sənətə qayıtsın. Bu duetimizin ayağı, inşallah ki, Samir Bağırova düşərli olar. Samir səhnə üçün doğulub". Xatırladaq ki, bu cütlüyün ilk dueti deyil. Qeyd edək ki, "Səninlə" mahnısının musiqisi Emil Şahinə, sözləri isə Cəlal Qurbanova aiddir. Mahnı Hakan Erolun studiyasında yazılıb. Milli.Az