Şəmkirdə qəza:3 nəfər yaralanıb

231 Просмотров

Добавлено: 04.03.2016
Категории: Разное
Тэги: qəza , yaralı

Şəmkirdə yol qəzası baş verib. Milli.AzKəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. "Lada Priora" markalı avtomobillə Şəmkirdən Gəncə istiqamətinə hərəkət edən sürücü idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn Kamaz markalı yük maşınına çırpılıb. Nəticədə avtomobil yararsız hala düşüb, nəqliyyat vasitəsində olan sürücü və biri qadın olmaqla iki sərnişin xəsarət alıb. Yaralılar Gəncə şəhər TTYX-a çatdırılıb. Qadının hamilə olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, fakt araşdırılır. Milli.Az