Bakıda evdən 3 min manat oğurladı

Bakının Yasamal rayonunda oğurluq hadisəsi törədilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, rayonun Zərdabi küçəsində Xatirə Hüseynovanın mənzilindən, pəncərədən keçməklə, 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1976-cı il təvəllüdlü Anar Mirzəyev tutulub.

Müəyyən edilib ki, o, ötən il oktyabrın 8-də N. Hikmət küçəsində Siyavuş Mehdiyevin mənzilindən açarseçmə yolu ilə televizor, xəz kürk, noyabrın 3-də isə Mətbuat prospektində İldırım Əsədovun evindən qızıl-zinət əşyaları oğurlayıb.

Длительность: 1:06 Просмотров: 2.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: oğurluq oğru
Пожаловаться

Похожие видео