Bakıda "Kamaz" "Opel"i əzdi: ölən var

Gecə saatlarında Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, avtoqəza Müşviqabad qəsəbəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolda qeydə alınıb. Hadisə zamanı iki avtomobil - "KamAZ" markalı yük maşını ilə "Opel" markalı minik maşını toqquşub.

Müəyyən edilib ki, Habil İsmayılovun idarə etdiyi yük maşını ilə Məzahir Cəfərovun idarə etdiyi "Opel" markalı avtomobil qarşı-qarşıya hərəkət edirmiş.

Toqquşma güclü olduğundan "Opel" markalı avtomobil ciddi deformasiyaya uğrayıb. Onun sürücüsü, 33 yaşlı Məzahir Cəfərov aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib, Cəfərovun sərnişini, 31 yaşlı Elşad İmanov isə təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerində Abşeron Rayon Polis İdarəsinin istintaqçıları və dövlət yol polis şöbəsinin müfəttişləri olub. Yük maşınının sürücüsü Habil İsmayılovun ifadəsinin alınması üçün polis orqanına aparılıb.

İlkin ehtimala görə, yol qəzasına "Opel" markalı minik maşınının yüksək sürətlə hərəkət etməsi səbəb olub.

Faktla əlaqədar cinayət işi başlanıb. Avtoqəzanın dəqiq səbəbi təyin olunacaq avtotexniki ekspertizanın rəyindən sonra bilinəcək.

Milli.Az

Длительность: 0:50 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео