Faiq Ağayevin tələbəsi “Səs Azərbaycan”ın finalında

849 Просмотров

Добавлено: 04.03.2016
Категории: Музыка

Sabah AzTV-nin efirdə yayımlanan "Səs Azərbaycan" yarışmasının finalıdır. Milli.Az-a açıqlama verən xalq artisti Faiq Ağayev bildirib kİ, final gecəsində onun tələbəsi Hüseyn Abdullayev də çıxış edəcək: "Ustad-münsif olaraq Hüseynin "Səs Azərbaycan" müsabiqəsindəki çıxışlarından xeyli razıyam, onu digər finalçılara əsaslı, qüvvətli rəqib, qələbəyə tam layiq bir müğənni sayıram. Yarımfinalda duet şəklində oxuduğumuz "Skaji qlazam tvoim" mahnısında Hüseynin sərgilədiyi ifa, zənnimcə ən yüksək qiymətə layiq oldu. Müəllif - maestro Polad Bülbüloğlu, onun səsini də ifa tərzini də çox bəyənib, təriflədi. Gənc bir ifaçı üçün isə bu - çox böyük göstərici, əvəzsiz bir rəydir! Tələbəmin final mərhələsindəki ifasına layiqli qiymət almasına inanıb, onu dəyərli tamaşaçılarımıza əmanət edirəm". Qeyd edək ki, finalın qalibi yalnız sms səsverməsi ilə bəlli olacaq. Onu da əlavə edək ki, xalq artistinin tələbəsi H.Abdullayev sms səsvermə nəticələrinə görə yarımfinalın absolyut, qəti, tam lideri olub. O, yarımfinalda digər iştirakçılardan ayrı-ayrılıqda təqribən 2 dəfə daha çox səs toplayıb. Milli.Az