Hansı ölkə PKK-ya raket verdi?

388 Просмотров

Добавлено: 04.03.2016
Категории: Разное
Тэги: PKK , raket

Türkiyənin nüfuzlu nəşrlərindən birində PKK haqqında şok məlumatlar dərc olunub. Milli.Az ölkə.az-a istinadən bildirir ki, Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan "Yeni Şafak" qəzetində dərc olunan materialda bildirilir ki, İran PKK-ya 3,5 milyon dollarlıq yardım edib və "yer-yer", "yer-hava" tipli yaxın mənzilli raketlər verib. Türk kəşfiyyatındakı mənbəyə istinad edən qəzet bu yaxınlarda İrandan keçən 200 terrorçunun da PKK-nın Suriyadakı qolu PYD-YPG sıralarına qoşularaq buradakı təlim düşərgələrinə gəldiyi haqda məlumat yayıb. Materialda bildirilir ki, bu yaxınlarda PYD-YPG terror qruplaşmasının komandiri Sipan Hemo İranın SEPAH korpusunun Cavad adlı generalı ilə də görüşüb. Məlmata görə, görüşdə Hələb üzərinə hücumun detalları da müzakirə olunub. Milli.Az