Jan-Klod Van Damma meydan oxuyan azərbaycanlı

Azərbaycalı bərbər məşhur aktyor Jan-Klod Van Damma meydan oxuyub. O, Vandamın reklam çarxında etdiyi çox çətin hərəkəti təkrarlayıb. Ən maraqlısı da budur ki, o heç peşəkar şəkildə idmanla da məşğul olmayıb.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bu Hollivud ulduzu Jan-Klod Van Dammdır. Vandam bu hərəkətləri bir yük avtomobilinin reklam çarxında etmişdi. İki TIR-ın arasında şpaqat açan atyor pərəstişkarlarına gənc vaxtlarında çəkildiyi filmlərini xatırlatmışdı...

Bu isə ağdamlı bərbər Bəhmən Nəbiyevdir. Məcburi köçkün kimi paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məskunlaşmış 33 yaşlı bərbər Vandama meydan oxuyur, onun hərəkətlərini minik maşınlarında edir.

Bəhmən Nəbiyev əvvəllər həvəskar şəkildə idmanla məşğul olub. Bu hərəkəti etmək də məhz o zaman ağlına gəlib. Bəhmən Nəbiyev deyir ki, ilk belə hərəkəti 2 il əvvəl edib. Müxtəlif minik avtomobillərinin üzərində fərqli yerlərdə bu qabilliyyətini yoxlayıb.

Gənc bərbər təkcə idmana meyl etmir, eyni zamanda şeir yazır və musiqi alətində ifa edə bilir.
Milli.Az

Длительность: 1:33 Просмотров: 3.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: bərbər aktyor
Пожаловаться

Похожие видео