Civə dağılan zaman nə edək?

748 Просмотров

Добавлено: 04.03.2016
Категории: Разное
Тэги: Civə

Məişətdə elə cihazlar, avadanlıqlar var ki, tərkibində civə olur. Məsələn, tibb termometri kimi. Bədən hərarətini müəyyənləşdirməkdə köməyimizə çatan termometrlərin tərkibindəki civə zəhərli metaldır. Milli.Az TTV-yə (Region TV) istinadən xəbər verir ki, ehtiyatsızlıq üzündən dağılan civə kiçik kürəciklərə ayrılır, asanlıqla döşəmə, divar və mebeldəki çatlara daxil olur, tədricən buxarlanaraq insanı zəhərləyir. Əgər civə dağılıbsa, bu zaman təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Təbii ki, bu halla hər kəs rastlaşa bilər. Bəzən isə dağılan civəni müstəqil yığmaq zərurəti yaranır. Dağılan civəni tozsoran və ya süpürgə ilə toplamaq, kanalizasiya və ya zibil qutusuna atmaq olmaz! Ən əsası isə təhlükə zamanı FHN-nin qaynar xəttinə - 112-yə zəng etməyi unutmayın! Milli.Az