Qərb bölgəsində meyiti basdırmırlar?

Dünyadakı mövcud dinlərin əksəriyyətində vəfat edən insanın dəfn qaydası oxşardır: meyit torpaqda qazılan qəbirlərdə basdırılır. Bəzi hallarda isə yandırılır. Ancaq son illərədək Azərbaycanın qərb zonasında meyitləri basdırmayanlar hələ də olub. Onlar meyitləri sərdabələrdə saxlayırmış. Bu da ətrafa pis qoxu yayırmış. Qəribə ənənəyə din xadimləri müdaxilə edib.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, qəbirlərin yanından keçəndə iydən uzaqlaşmalı olurdular.İri sərdabalar olsa da qəribə adətə görə meyitlər basdırılmırdı. Bu da ətrafdakıları narahat edirdi.

Qərb bölgəsində bu adət yaxın vaxtlara qədər davam edirdi. Burada əsas məqam meyitlərin sərdabaların içinə qoyulması idi. Yəni ölən şəxsin meyiti sərdabənin içinə qoyulub və basdırılmırdı. Nəticədə meyit bu şəkildə çürüyürdü. Son illərədək nadir hallarda da olsa davam edən bu ənənə xəstəlik təhlükəsi də sayılırdı.

İnsanları narahat edən məsələyə din xadimləri müdaxilə edib. Gəncə Şah Abbas Cümə Məscidinin icma sədri Əlisəftər Səfərəliyev deyir ki, bu din qaydalarına uygun olmadığı üçün artıq meyitlər basdırılır.

Qərb bölgəsində geniş yayılan sərdabalara əksər hallarda bir ailədən bir neçə nəsil boyu insanların dəfn edilməsi davam edir. Din xadimləri burada bir məsələyə də toxunur. Dinə görə qəbirlər ayrı -ayrı basdırılmalıdır.

Sərdabaların yaranmasının maraqlı tarixçəsi var. Deyilənə görə əvvəllər bura Kərbalada dəfn olunmağı vəsiyyət edənlər müvəqqəti dəfn olunur, sonra isə onların sümükləri Kərbalaya aparılıb yenidən basdırılırmış.
Milli.Az

Длительность: 2:03 Просмотров: 3.7K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео