Problemli kreditlər bəzilərinə fürsət oldu

345 Просмотров

Добавлено: 04.03.2016
Категории: Разное

Bakıda antikollektor şirkətləri yaranıb. Onlar, problemli kredit siyahısında adı olan müştərilərə borcu qaytarmamağın yollarını başa salırlar və bunun müqabilində ödəniş tələb edirlər. Belə şirkətlərə qarşı sərt cəzalar tətbiq olunacaq. Bu məsələ Milli Məclisin müvafiq komitələrinin birgə iclasında müzakirə olunub. Gündəlikdə daha hansı məsələlər yer alıb? İzləyək. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, problemli kreditlər bəzilərinə fürsət olub. Borc sahiblərinin çıxış yolu axtardığı bir vaxtda onların inamından sui-istifadə edənlar var. Bakıda anti-kollektor adı altında qeyri-qanuni fəaliyyət göstərən şirkətlər peyda olub. Onlar kredit borcunu ödəmək istəməyənlərə məsləhət verir və bunun qarşılığında ödəniş tələb edirlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil olunması üzrə işçi qrupunun rəhbəri Rüfət Aslan insanları aldanmamağa və kredit öhdəliyindən yayınmamağa çağırır. O, belə şirkətlərə qarşı cəza tədbirləri tətbiq olunacağını və bunun onların ailə üzvlərinə də şamil ediləcəyini bildirib. Rüfət Aslanbankların məsuliyyətinin artırılması tələbi ilə çıxış edib. Banklar ödəmə qabiliyyəti olmayan müştəridən pul tələb etmək yerinə çıxış yolu axtarmalıdır. Mağazalardan kreditlə əməkhaqqından dəfələrlə yüksək dəyərdə mal alınması da əngəllənəcək. Mərkəzi Bankın səlahiyyətlərinin bir hissəsi də Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasında Mülki Məcəlləyə dəyişiklikdə öz əksini tapıb. Milli.Az