Aprelin 1-dən Yaşıl Kart sistemi tətbiq olunacaq

257 Просмотров

Добавлено: 04.03.2016
Категории: Разное

Hörmətli tamaşaçılar, bildiyiniz kimi Azərbaycan bu ilin yanvarın 1-dən etibarən yaşıl kart sisteminə qoşulub. Və buna qədər ölkə vətəndaşları bu sığorta şəhadətnaməsini əldə etməklə cəmi 2 ölkəyə, Türkiyə və İrana məhdudiyyətsiz şəkildə daxil ola bilirdilər. Amma artıq bu tip ölkələrin sayı 45 çatıdırılıb. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, aprelin 1-dən Azərbaycan Avropa İqtisadi Zonası ölkələri və İsveçrə ilə Yaşıl Kart sistemi çərçivəsində fəaliyyətə başlayacaq. İcbari Sığorta Bürosundan (İSB) XəzərXəbər-ə verilən məlumata görə, İSB-nin Yaşıl Kart sisteminin idarəedici təşkilatı olan Bürolar Şurasından 2016-cı il fevralın 26-da aldığı məktuba əsasən İsveçrə və Avropa İqtisadi Zonasına daxil olan ölkələrin Yaşıl Kart Büroları ilə sənədlərin qarşılıqlı tanınmasına dair bağlanmış ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi aprelin 1-nə müəyyənləşdirilib. Həmin tarixədək tərəflər Yaşıl Kartların mövcudluğuna və etibarlılığına nəzarət edən ölkədaxili aidiyyəti qurumlara və sərhəd-keçid məntəqələrinə bu barədə məlumat verməlidirlər. Aprelin 1-dən etibarən Azərbaycan Respublikasının vətəndaşları Avropa İqtisadi Zonasına daxil olan ölkələr, həmçinin İsveçrə, Tunis, Bosniya və Hersoqovina, Makedoniya, Monteneqro, Türkiyə, İran İslam Respublikası, Moldova, Ukrayna, Andorra Knyazlığı, Albaniya və Mərakeş Krallığına avtonəqliyyat vasitəsi ilə səyahət edərkən Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığorta şirkətlərindən Yaşıl Kartları ala bilərlər. Eyni zamanda qeyd olunan ölkələrin vətəndaşları da avtonəqliyyat vasitəsi ilə Azərbaycana səyahət etdikdə öz ölkələrindən Yaşıl Kartları əldə edə bilərlər.