Ərdoğan həmkarına avtobus bağışladı

Qvineyada rəsmi səfərdə olan Türkiyə prezidenti Ərdoğan həmkarına doğum günü hədiyyəsi olaraq avtobus bağışlayıb.

Milli.Az bildirir ki, qafqazinfo Türkiyə KİV-ə istinadən xəbər verir ki, iki ölkə liderinin birgə mətbuat konfransında çıxış edən Ərdoğan dövlət başçısı Alfa Kondenin doğum günü olduğunu xatırladıb.

Daha sonra Ərdoğan bununla əlaqədar İstanbul Böyükşəhər Bələdiyyəsinin Qvineyanın paytaxtına ehtiyat hissələri ilə birlikdə 50 avtobus hədiyyə edəcəyini açıqlayıb. Sevincini gizlədə bilməyən Qvinya prezidenti isə minnətdarlıq əlaməti olaraq Türkiyə prezidentini qucaqlayıb.

Milli.Az

Длительность: 1:46 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: prezident avtobus
Пожаловаться

Похожие видео