Xəstə olduqlarını bilə-bilə evlənirlər

Qiçs, siflis, talassemiya xəstəlikləri valideyndən övlada keçir, beləliklə yayılır və çox ağır nəticələrə gətirib çıxarır. Bu xəstəliklərin qarşısını almaq üçün ailə quran cütlüklər nikahdan əvvəl icbari tibbi müayinəyə cəlb olunurlar. Ancaq müayinənin keçirilməsi kifayət etmir. Çünki cütlüklər xəstə olduqlarını bilə-bilə evlənirlər və xəstə övlad dünyaya gətirirlər. Bunu rəsmi məlumatlara əsasən deyirik.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, ötən ilin iyun ayından bəri nikaha daxil olmaq istəyən 107 min 500 insan tibbi müayinədən keçib. Bu müddət ərzində 6 min 228 şəxsin talassemiya daşıyıcısı olduğu üzə çıxıb.

Deməli, nikahdan imtina edən cütlükləri çıxsaq, son səkkiz ayda ailə quran 40-a yaxın cütlüyün uşağı talassemiyalı doğula bilər.

Əgər iki talassemiya daşıyıcısı nikaha daxil olubsa, hamiləliyin 12-ci həftəsində müayinə aparılmalıdır. Bu vaxt doğulacaq körpənin xəstə və ya sağlam olduğu müəyyən edilir. Ancaq indiyədək 48 cütlükdən cəmi 3-ü müayinə üçün müraciət edib. Qalanları isə kor-koranə uşaq dünyaya gətirməyə hazırlaşır. Eyni məsuliyyətsizlik HİV və siflis daşıyıcılarında da müşahidə olunur. Bunu təkcə öyən ayın statistikasından müəyyən etmək mümkündür.

Nikaha daxil olmaq hər bir vətəndaşın hüququdur. Buna heç kim məhdudiyyət qoya bilməz. Ancaq qeyri-sağlam övlad dünyaya gətirib nəsil artıraraq cəmiyyətdə xəstəlik yaymaq digər vətəndaşların sağlamlıq hüququnu təhlükə qarşısında qoyur.
Milli.Az

Длительность: 2:04 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео