Hakimdən Arda Turana səhvən qırmızı vərəqə

1367 Просмотров

Добавлено: 04.03.2016
Категории: Спорт
Тэги: futbol , top , qol

İspaniya çempionatında "Rayo Valyekano" ilə səfər matçı "Barselona"nın futbolçusu Arda Turan üçün iki məqamla əlamətdar olub. Milli.Az report-a istinadən bildirir ki, hər iki hadisə türkiyəli yarımmüdafiəçinin 68-ci dəqiqədə İvan Rakitiçin əvəzinə meydana daxil olmasından sonra baş verib. Baş hakim İnyaki Bikandi Qarrido Turana, 78-ci dəqiqədə etdiyi kobudluq üzündən birbaşa qırmızı vərəqə göstərib. Qarrido vərəqəni səhvən göstərdiyini az sonra anlayıb və bu qərarını ləğv edərək, "sarı" göstərib. 86-cı dəqiqədə isə başla topu qapıya göndərən Arda "Barselona" forması ilə ilk qolunu vurub. Qeyd edək ki, görüş Kataloniya komandasının 5:1 hesablı qələbəsi ilə nəticələnib. Bununla da "Barsa" məğlubiyyətsizlik seriyasını 35 matça (29 qələbə, 6 heç-heçə) çıxarıb və əzəli rəqibi "Real Madrid"ə məxsus 27 illik rekordu təzələyib. "Kral klubu 27 il öncə baş məşqçi Leo Beenhakerin rəhbərliyi altında 34 matçda (25 qələbə, 9 heç-heçə) yenilməmişdi. Milli.Az