Səudiyyəli alim və mühafizəçiləri belə güllələndi

Səudiyyə Ərəbistanının tanınmış alimlərindən olan Şeyx Ayed Əl-Karni Filippində sui-qəsdə məruz qalıb.

Milli.Az bildirir ki, publika.az xarici mediaya istinadən xəbər verir ki, alim qolu və sinəsindən güllə yarası alıb.

Onun həyatına təhlükənin olmadığı bildirilir. Silahlı hücumda alimin 5 mühafizəçisi həyatını itirib.

Hadisə Şeyx Ayed Əl-Karninin iştirak etdiyi seminarın keçirildiyi binanın qarşısında baş verib. Avtomobildən ətrafdakı insanları salamlayan alimə izdihamın arasından çıxan bir silahlı atəş açmağa başlayıb.

Filippin təhlükəsizlik gücləri qaçmağa çalışan silahlını öldürüblər. İyirmi bir yaşında olan silahlının tələbə olduğu deyilir.

Milli.Az

Длительность: 0:26 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео