Bakıda "Kalaşnikov"la tutulan şəxs: "19 il əvvəl zibillikdən tapmışam"

Bakıda silahlı şəxs yaxalanıb. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qaradağ rayonu ərazisində saxladıqları şəxsdən xeyli patron və 'Kalaşnikov'' markalı odlu silah aşkar ediblər. Paytaxtın Nərimanov rayonunda və Goranboyda baş verən digər cinayət hallarını təqdim edirik.

Özünü şübhəli aparan şəxsi saxlayan polis ondan odlu silah aşkar edib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtın Qaradağ rayonu ərazisində Hacıqabul şəhər sakini əvvəllər məhkum olunmuş Mübariz Abbasovu saxlayıb. Saxlanılan şəxsin üzərindən ''Kalaşnikov'' markalı avtomat silahı və 12 ədəd patron aşkar edilib.

Baş idarə əməkdaşları Qaradağ rayon sakini Valeh Ağamuradovu da saxlayıblar. Onun üzərindən 1 ədəd ''P.37'' modelli tapança və heroin aşkar edilib.

Bakıda Nərimanov polisi isə isə oğurluqda şübhəli bilinən şəxsi saxlayıblar. Əvvəllər məhkum olunmuş Ayaz Məhərrəmov Müzəffər Məmmədova məxsus kompyuter salonundan bir ədəd ''Play- Station'' oyun dəstini oğurlamaqda şübhəli bilinir. Polis onun Xətai, Yasamal və Sabunçu rayonlarında ümumilikdə 8 ''Play Station'' salonundan oğurluq etdiyini müəyyən edib.

Bu faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Polis əməkdaşları saxlanılan şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir.

Goranboy polisi isə Rəhimli kənd sakini Rəddin Məmmədovun evindən 2500 manatlıq qızıl-zinət əşyalarının, 40 manat və 45 dollar nəğd pulun oğurlayan Şəki sakini 21 yaşlı Elnur Səmədovu saxlayıb.

Məlum olub ki, Elnur Səmədov cinayəti Goranboy rayon sakini Rasim Hüseynovla birgə törədib. Polis digər həmin şəxsi axtarır.

Milli.Az

Длительность: 1:49 Просмотров: 2.7K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: zibillik silah
Пожаловаться

Похожие видео