Sağ ikən qəbir yeri almaq qadağan edildi

Sağ ikən qəbir yeri almaq, hətta baş daşını ya da heykəlini qoydurmaq dəb halını almışdı. Ancaq artıq bu qadağan olunub. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, müstəsna hallar xaricində sağlığında heç kim özü və yaxını üçün qəbir yeri ala bilməyəcək. Bəs yeni qərar necə işləyəcək və müstəsna hallar hansılardır?

Sağlığında özünə qəbir yeri almaq sanki dəb halını alıb, hətta özünə qəbir hazırlayın baş daşı qoyan da var.

Paytaxtda gündən günə insanların sayı artır. Qəbirstanlıqlarda isə yer qıtlığı var. Çünki bəzi insanlar hələ sağ ikən özlərinə və ya yaxınlarına qəbir yeri alırlar. Nəticədə ölən insanları basdırmağa çətinliklə yer tapılır. Elə bu səbəbdən də sağ ikən qəbir yeri almaq qadağan olunub. Sağlığında heç kim qəbir üçün yer ala bilməyəcək. Məzarlıqların fəaliyyətini tənzimləyən qərara uyğun olaraq müvafiq idarə tərəfindən qəbir yerlərinin sağ ikən verilməsinə qadağa qoyan qərar artıq qüvvədədir

Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi deyir ki, yalnız istisna hal olduqda, hər hansı vəsiyyət olduqda bunu nəzərə almaq olar.

Milli.Az

Длительность: 2:29 Просмотров: 2.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео