Məktəb direktorunun Lerikdə törətdiyi gülləbaranın təfərrüatları

1076 Просмотров

Добавлено: 03.03.2016
Категории: Разное

Lerikdə baş verən tükürpədici cinayətin bəzi təfərrüatları məlum olub. Milli.Az APA TV-yə istinadən bildirir ki, qanlı hadisə bu gün səhər saat 5:00 radələrində rayonun Veri Əliabad kəndində baş verib. Kənd məktəbinin direktoru Adil Rəhimov hələlik məlum olmayan səbəbdən həmyerlisi, 36 yaşlı Seyid Qurbanovun evinə gələrək, əvvəlcə ov tüfəngi ilə evə atəş açıb. Daha sonra atəş səslərinə yuxudan ayılan Seyid Qurbanova evinin içində 5 bıçaq zərbəsi endirib. Zərərçəkənin qardaşı Mirdadaş Qurbanova hadisəni belə xatırlayır: "Saat 5-6 idi. Qardaşımın yoldaşı mənə dedi ki, qardaşını doğradılar. Gecə idi. Mən də baxdım ki, neyləyim, maşın yox, bir şey yox. Bir maşınla getdim gördüm ki, qardaşım qan içərisindədir. Sonra onu Təcili Tibbi yardımla gətirdik xəstəxanaya. Hələ indi gedib baxıram ki vəziyyəti necədir?" Yaralı dərhal yaxınları tərəfindən Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyəti ağır olduğundan, o, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Dərhal onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Həkim-cərrah Sabir Qulamov xəstənin vəziyyətinin ağır olduğunu bildirib: "Xəstə Qurbanov Seyid bu gün saat 10:00 radələrində Lerik rayonundan Mərkəzi Xəstəxanaya gətirilib. Deməsinə görə, saat 6 radələrində döş qəfəsinin, sol yarısından kəsilmiş-deşilmiş bıçaq yarası alıb. Daxil olarkən rentgenoloji müayinədən keçib, döş qəfəsinin sol yarısında qan və hava olduğu qeyd olunandan sonra əməliyyatxanaya köçürülüb. Xəstənin sol əlinin ikinci barmağında, sağ əlinin birinci barmağında da dərin yaralar olduğundan, yaralar cərrahi işlənilib". Hadisəni törədən Adil Rəhimov daha sonra kənd qəbiristanlığına gedərək, qardaşının məzarı üzərində özünə ov tüfəngi ilə atəş açaraq intihar edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Milli.Az