İdmançılarımız Rusiyadan 8 medalla dönürlər

Rusiyanın Mahaçqala şəhərində yeniyetmə və gənclər arasında keçirilən WTF İdman Klubunun "Çempion" mükafatları uğrunda II Açıq Beynəlxalq Taekvondo Turnirinə yekun vurulub.

RTV (Region TV) xəbər verir ki, çempionatda 14 ölkədən 900-ə yaxın idmançı çempionluq uğrunda mübarızə aparıb. Şimal regionun yarışda Quba, Qusar və Xaçmaz komandasından 15 idmançı təmsil edib. Yarışda Qusar kollektivi yalnız bir gümüş, Quba komandası iki bürünc, Xaçmaz yetirmələri isə 5 bürünc medal qazanmağı bacarıb.

Yarışın keçirilməsində əsas məqsəd idmançılar arasında dostluq münasibətini möhkəmləndirmək, uşaq və yeniyetmələr arasında taekvondoya olan marağı dahada artırmaqdır.

Milli.Az

Длительность: 1:26 Просмотров: 3.3K Добавлено: 8 лет назад
Категории: Спорт
Тэги: medal idmançılar
Пожаловаться

Похожие видео