“Motor Vəlinin oğluyam”... Ləqəblərlə tanınan kənd - REPORTAJ

TTV (Region TV) xəbər verir ki, bu süjetdə insanlara deyilən qeyri-adi ləqəblərdən danışacağıq. İlk baxışdan bir o qədər diqqət çəkməyə bilər. Amma Tovuzun bir kəndi var ki, burada heç kimi öz adı ilə tanımırlar. Hətta qonşular belə. O ki, qaldı qıraqdan kimsə gəlib bu kənddə adam axtara... İndi söhbət hansı kənddən və nə kimi ləqəblərdən gedir bax bu haqda əməkdaşımız Cümşüd Bayramlı öz süjetində məlumat verəcək. Qaraxanlı kəndində sakinlərə müəyyən hərəkətinə, xasiyyətinə və ya hansısa bir hadisə ilə bağlı, həmçinin məşğul olduğu işə görə ləqəb verilir. Yerli əhalinin təbirincə desək, kənddə ləqəbi olmayana yaxşı baxmırlar. Əgər kənddə eyni adda üç adam yaşayırsa onlar da bir-birindən ləqəbi ilə seçilir. Məsələn üç Hüseyndən biri laqa Hüseyn, digəri burun Hüseyn, sonuncusu isə konfet Hüseyn ləqəbi daşıyır. Sakinlər deyir ki, kənardan gələn şəxs istədiyi adamı tapmaq üçün sorğu-suala ən azı 1 saatdan çox vaxt itirməli olur. Vaxtını boşa xərcləmək istəməyənlər isə gərək axtardığı adamın ləqəbini bilə. Bəziləri də məşğul olduğu işə görə özünə ləqəb qazanıb. Onlar bir-birinə dəvətnamə yazanda da belə müraciət edirlər. Kənd sakinləri deyir ki, ləqəbi olmayanlara əlavə ad da verilir. Yaşlı nəslin nümayəndələri isə bu ənənəni qoruyub gələcək nəsillərə çatdıracaqlarını özlərinə borc bilirlər.

Длительность: 4:01 Просмотров: 2.1K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: kənd
Пожаловаться

Похожие видео