İlhamə Quliyeva sağlığında qızıllarını kimə vəsiyyət etmişdi?

Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişəndən sonra onun var-dövlətinin kimə qalacağı ilə bağlı qalmaqal başlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bəziləri mirasın müğənninin oğlu Orxan Nadirova verilməyəcəyini, dövlətə keçəcəyini iddia edir. Bəziləri isə onun tək varisinin oğlu və nəvəsi olduğunu bildirib.

İ.Quliyeva sağlığında verdiyi bir müsahibəsində daş-qaşlarından danışaraq bunları demişdi:

"Zinət əşyalarını çox sevirəm. Qızıllarımı mənə ad günümdə, bayramlarda bağışlayıblar. Mən də hara gedirəm, bir brilyant hədiyyə aparıram. Qızıllarımı saxlamışam, nəvəm böyüyəcək, evlənəndə ona verəcəm. Onun xanımına çoxlu qızıl qoymuşam. Həm hələ özümə nə olub ki... Özüm taxıram".

"Onlar" verilişinin lentə aldığı açıqlamaya videonun 2-ci dəqiqəsindən sonra baxa bilərsiniz.

Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.

Milli.Az

Длительность: 5:47 Просмотров: 13K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: qızıl xalq artisti
Пожаловаться

Похожие видео