Sürücülərin diqqətinə: İnzibati Xətalar Məcəlləsi dəyişdi

Bu gündən etibarən yeni inzibati xətalar məcəlləsi qüvvəyə minib. Yeni məcəllə ilə bir sıra qaydalar qüvvədən düşüb. Yeni məcəllə sürücülər arasında bir sıra suallara da səbəb olub. Xüsusilə də mmx protokollarının ləğvi məsələsi haqqında ziddiyyətli məlumatlar gəzişir. Bəs əslində necədir onu birlikdə öyrənək.

Milli.az "Xəzər Xəbər"ə istinadən bildirir ki, yeni inzibati Xətalar Məcəlləsi bu gündən qüvvədədir.

Sürücüləri isə bu yeni məcəllədə ən çox maraqlandıran məqam radarların qeydə aldığı qanun pozuntusu protokollarının yəni MMX-ların ləğvidir. Söhbət o protokolların ləğvindən gedir ki, yanvarın 31-dək sürücünün yaşadığı ünvana göndərilib, ancaq sürücünün "ASAN ödəniş" sistemindəki şəxsi kabinetində qeyd edilməyib. Yalnız bu protokollar ləğv olunacaq. "Asan ödəniş" sistemində şəxsi kabineti olmayan sürücülərə isə bu şamil edilməyəcək.

Ümumiyyətlə yeni inzibati xətalar məcəlləsinə görə radarların qeydə alındığı qanun pozuntuları barədə elektron protokollar "Asan ödəniş" sistemində sürücünün kabinetinə 1 ay müddətində yerləşdirilməzsə həmin protokol öz qüvvəsini itirmiş olacaq. Bu yenilikdən faydalanmaq istəyənlərin isə "Asan ödəniş" sistemində qeydiyyatdan keçmələri mütləqdir...Məlumatı sistemə daxil etməyən polis əməkdaşları isə cərimə ediləcək

Dəyişikliklərdən biri də qayda pozuntusunun yerində aradan qaldırımasına görə sürücülərə verilən üç saat müddətin ləğvidir. Digər dəyişiklik yalnız sürmək etibarnaməsi olan şəxsin avtomobili başqasına idarə etməyə icazə verməsi ilə bağlıdır.

Köhnə qaydalarının məzmunun dəyişidirilməsi ilə yanaşı bir sıra tamamilə yeni qaydalar nəzərdə tutulub. Məsələn, bundan sonra təhlükəsizlik kəmərinin taxılmaması və icbari sığortanın olmamasına görə elektron protokollar tərtib ediləcək.
Milli.Az

Длительность: 2:00 Просмотров: 4.0K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео