Еhtiyatlı olun: satışdakı portağalda dərman var

845 Просмотров

Добавлено: 02.03.2016
Категории: Разное
Тэги: Еhtiyatlı , portağal

Bir müddət əvvəl bananın içindən qana bənzər mayenin çıxdığına dair xəbərlər yayıldı, görüntülər ortaya çıxdı. İndi bənzər hal portağalla da baş verib. Portağalın içindən dərman çıxdığını göstərən görüntülər insanlarda bu meyvəyə qarşı şübhə yaradır. Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 10-a yaxın portağalı kəsir, hamısının da içindən dərmana bənzər tabletka çıxır. Meyvənin içərisindəki ağ yumru parçalar açıq aşkar görünür. Banandan sonra portağalın da içindən qeyri-təbii maddənin çıxmağı insanlarda sual yaradır. Sosial şəbəkədə yayılmış bu görüntülər izləyənlərin təəccübünə səbəb olur. Amma nə alıcılar, nə də satıcılar daha əvvəl belə halla qarşılaşmadıqlarını deyirlər. Belə olan halda isə portağalın içindəki dərmana bənzər maddə müəmmalı qalır. Maraqlıdır ki, görəsən portağalın içində bu həblərin nə işi var və ora necə düşüb. Məsələyə Kənd təsərrüfatı yanında Dövlət fitosanitar nəzarəti Xidmətinin rəisi Camal Quliyev də münasibət bildirdi. Yəni meyvənin içindəki dərman olsaydı uzun müddət qaldığı üçün portağalın şirəsi onu əridərdi. Ancaq digər ehtimallara qarşı da fitosanitar nəzarəti xidməti bənzər nümunələri yoxlamaq üçün elan verib. Bu halla qarşılaşanlar xidmətin 1652 çağrı mərkəzinə və ya 012 562 87 44 nömrələri ilə əlaq saxlaya bilərlər. Ancaq xidmətə hər hansı müraciət olunmayıb. Milli.Az