Siyasi şərhçi: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə təhdid olunur"

Rusiyanın Ermənistana silah ala bilməsi üçün güzəştli kredit verməsi, Azərbaycanın Xarici İşlər Nazirliyinin bununla bağlı nota göndərməsi və rəsmi Moskvanın buna cavabı. Bəzən belə fikir söylənilir ki, Rusiyaya nota göndərməyin mənası yox idi. Çünki, onların belə cavab verəcəyi gözlənilən idi. Ermənistanla müharibə şəraiti, Dağlıq Qarabağ məsələsinin həll edilməməsi və belə bir anda Ermənistana Rusiyanın silah verməsi, xüsusilə Türkiyə-Rusiya münasibətlərinin gərginliyinin pik nöqtəyə çatması ilə əlaqədar Rusiyaya notanın verilməsinin qaçılmaz olduğunu söyləyən Kəpəz Televiziyasının (Region TV) "Bu həftə" verilişinin qonağı siyasi şərhçi Arzu Nağıyev məhz bu silahların Dağlıq Qarabağ ərazisində peyda olacağının qaçılmaz olduğunu bildirdi. Nota məsələsinə gəlincə isə, bunun lazımlı ve yerində atılmış bir addım olaraq qiymətləndirdi.

Длительность: 17:46 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео