Bu marşrut avtobusunda gedişhaqqı qaldırıldı

438 Просмотров

Добавлено: 01.03.2016
Категории: Разное

"Qara Qarayev" metrostansiyası ilə Mərdəkan qəsəbəsi arasındakı 136 nömrəli marşrutda sürücülər qiymətləri süni şəkildə artırıb. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bu xətt üzrə hərəkət edən avtobusların sürücüləri sərnişinlərdən 35 qəpik əvəzinə 40 qəpik tələb edir. Süni qiymət artımı sərnişinləri əlavə xərcə salır. Sürücülər qiymət artımıni müxtəlif bəhanələrlə izah edirlər. Tarif Şurası gedişhaqqını 35 qəpik müəyyən etsə də sürücülər buna əməl etmir, sərnişinlərdən 40 qəpik alınır. Söhbət "Qara Qarayev" metrostansiyası yaxınlığından Xəzər rayonu Mərdəkan qəsəbəsinə gedən 136 nömrəli marşrutdan gedir. Avtobus sürücüləri süni şəkildə qiyməti artırır. Sürücülər isə özlərinə müxtəlif cür haqq qazandırmağa çalışırlar. Milli.Az