5 şəhərin baş planı hazırlanır

Paytaxtla yanaşı digər şəhərlərin də baş planları hazırlanır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, hazırda 5 şəhərin layihəsi üzərində iş gedir. Bu şəhərlərdə geniş infrastruktur işlərinin görülməsi planlaşdırılır.

Bu günə kimi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ölkənin 42 şəhərinin baş plan sənədləri sifariş edilib. Bunlardan 37 şəhərin baş planları tərtib edilib və həmin şəhərlərdə layihə əsasında işlər aparılır. Hazırda Ağcabədi, Göyçay, Xaçmaz, Salyan və Şəmkir şəhərlərinin baş planları hazırlanır.

Rayon mərkəzlərində yolların genişləndirilməsi, istirahət zonalarının artırılması və digər məsələlər layihələrdə əksini tapıb. Yeni müəssisələr, sənaye zonalarının yaradılması hesabına isə əhalinin məşğulluğunun artırılması nəzərdə tutulub.

Yaxın beş ildə qalan şəhərlərin baş planlarının da hazırlanması nəzərdə tutulur.

Milli.Az

Длительность: 1:55 Просмотров: 3.0K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео