Azərbaycanda yeni aeroport tikiləcək

810 Просмотров

Добавлено: 01.03.2016
Категории: Разное
Тэги: aeroport

Şimal bölgəsində Nabran istirahət zonası, qış-yay turizm kompleksi kimi turist cəlb edən yerlərin olması burada aeroport tikilməsini aktuallaşdırıb. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, hazırda tiknitisi aparılmasa da hava limanının ərazisi Quba rayonunda 600 hektar kənd sakinlərinə məxsus bağ və əkin sahələrini əhatə edir. Bir müddətdir ki, Qubada tikilməsi gündəmdə olan aeroportun inşa olunacağı yer bəllidir. Hava limanı üçün nəzərdə tutulan yerin bir hissəsi kəndlilərin bağ və əkin sahələrinə düşür. Daha dəqiq desək, rayonun Davudoba, Hacıqayıb, Ərməkiqışlaq Dəlləkli, Ağbil və Vladimirovka kəndlərinin təxminən 600 hektarlıq hissəsi plana düşüb. Rayon icra hakimiyyətindən bildirilib ki, tikinti hələ ki dayanıb. Əgər dövlət planına əsasən işlər davam etsə bu sakinlərlə razılaşdırılaraq həyata keçiriləcək. Ötən il tikinti üçün ilkin addımlar atılıb. Dəqiq ərazilər müəyyənləşib və bəzi yerlərə beton tökülüb. Sakinlər də aeroportun bölgə üçün böyük fayda gətirəcəyi fikrindədirlər. Bölgədə Nabran istirahət zonası, qış-yay turizm kompleksi kimi turist cəlb edən yerlərin olması burada aeroportun tikilməsini aktuallaşdırıb. Milli.Az