Zibildən helikopter düzəltdi

598 Просмотров

Добавлено: 29.02.2016
Категории: Разное
Тэги: helikopter

Orta təhsilli olsa da tullantılardan helikopter düzəltdi. Hindistanın Assam ştatında yaşayan bir gənc öz əl işi ilə hamını təəccübləndirib. Elmi savadı universitet səviyyəsində olmasa belə, hava nəqliyyatı vasitəsi düzəltməyə qərar verən Saqar Şarma uşaqlıq arzusunu reallaşdıra bilib. Bu helikopteri ərsəyə gətirmək Saqarın 3 il vaxtını aparıb. Küçədən topladığı dəmir parçalarını bir-birinə qaynaq edən gənc, kustar üsulla hazırladığı helikopterə avtomobil mühərriki qoşub. Hələ sınaq mərhələsində olan helikopter dizellə işləyir.