Ermənilər ölülərimizi də rahat buraxmır

341 Просмотров

Добавлено: 29.02.2016
Категории: Разное
Тэги: güllə , qəbiristanlıq

Tərtər rayonunun Qapanlı kənd qəbiristanlığı mütəmadi olaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulur. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, bir neçə ay öncə qəbiristanlığın minaatanların hədəfinə tuş gəlməsi nəticəsində mərmilərdən biri məzar daşını zədələyib. "Bu qəbir mənim anamın qəbridir. Mart ayının 9-da rəhmətə getmişdi. Biz bu baş daşını qurandan bir neçə gün sonra, mənfur ermənilərin "minamyot"dan açdığı atəş nəticəsində bu gördüyünüz vəziyyətə düşüb. Həmin gün bu əraziyə 3 mərmi düşüb. İkisi giriş qapısına yaxın məsafədə düşüb. Biri isə bura düşüb", - deyə rayon sakini Lətif Həmidov bildirib. İndi Qapanlı kənd sakinlərinin əsas məqsədi düşmən gülləsinin dəlib keçdiyi yerləri qoruyub saxlamaqdır. Onlar bunun gələcəkdə ermənilərin sakinləri atəşə tutmağına əyani sübut olacağını deyirlər. Bildirək ki, məzar daşları ilə yanaşı sakinlərin evləri də tez-tez düşmən gülləsinə hədəf olur. Milli.Az