Neftçala ərazisində meyidi tapılan neftçi dəfn olunub

Meyidi fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı, 1971-ci il təvəllüdlü Xudaverdiyev Cavad Xudaverdi oğlu dəfn olunub.

Milli.Az APA-ya istinadən bildirir ki, o, doğulduğu Xaçmaz rayonunun Əbiyatağı kənd qəbristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin, SOCAR-ın rəsmiləri də iştirak ediblər.

Qeyd edək ki, C. Xudaverdiyev ailəli olub, 3 övladı qalıb. O, 1991-1995-ci illərdə birinci Qarabağ müharibəsində könüllü şəkildə iştirak edib.

C. Xudaverdiyev dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

Длительность: 1:00 Просмотров: 2.8K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: meyit dəfn olundu
Пожаловаться

Похожие видео