Bakıda "Formula 1" marşalları üçün təlim keçirilir

Atletlər Kəndində yenicə açılmış Marşallar Mərkəzində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Bəhreyndən gələn mütəxəssislərin təqdimatında rəhbər marşallar üçün təlim keçirilir.
Milli.Az APA-ya istinadən bildirir ki, iki gün davam edəcək təlimdə "Formula 1" Avropa Qran Prisinin Marşal proqramına müraciət edənlər arasından seçilmiş 80 -ə yaxın rəhbər marşal iştirak edib. Marşallar heyətində "Formula 1" azarkeşləri, xaricdə yaşayan azərbaycanlılar, avtoidman üzrə təcrübəli şəxslər və Azərbaycanda fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri təmsil olunurlar. Təlim zamanı Avropa Qran Prisində fəaliyyət göstərəcək rəhbər marşallara komanda işinin təşkili, komanda üzvləri arasında səmərəli əlaqələrin qurulması, surətli qərar qəbuletmə, vəzifə və öhdəliklərin uğurlu icrası kimi zəruri mövzularda nəzəri və praktiki məlumatlar verilib.

Длительность: 2:16 Просмотров: 3.3K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео