"Trabzonspor"dan hakimlərə etiraz

Türkiyə futbolunda növbəti maraqlı an yaşanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, öz meydanında "Osmanlıspor"u qəbul edən "Trabzonspor" komandası Türkiyədə futbol qarşılaşmalarını idarə edən hakimlərə qeyri-adi şəkildə etiraz ediblər.

"Trabzonspor"un futbolçuları matç başladıqdan sonra 30 saniyə ərzində meydanda hərəkət etməyiblər. "Osmanlıspor"un oyunçuları rəqibin bu addımı qarşısında hücuma keçməyiblər, belə ki, oyunçular öz mövqelərində paslaşıblar.

"Osmanlıspor"un rəqibinin etirazına dəstəyi azarkeşlər tərəfindən də alqışla qarşılanıb.

Qısa etirazdan sonra oyun qarşılıqlı mübarizə şəklində davam edib və "Trabzonspor" nəticədə rəqibinə 2-1 məğlub olub.
Milli.Az

Длительность: 1:24 Просмотров: 2.6K Добавлено: 8 лет назад
Категории: Спорт
Тэги: hakim etiraz futbol
Пожаловаться

Похожие видео