Bakının pulsuz paltar mağazasından REPORTAJ

Şüvəlan qəsəbəsi Nizami küçəsincə yerləşən bir mağazanan qarşısında qələbəlik yaşanır. ANS TV-in məlumatına görə, insanların bir həftəyə yaxındır ki, bu ünvana axışmasına səbəb mağazada onlara pulsuz paltarlar verilməsidir. Bir qrup yardımsevər insanın təşəbbüsü ilə Şüvəlan qəsəbəsində açılmış "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" mağazası tam təmənnasız olaraq imkansız insanlar üçün fəaliyyət göstərir.

Son bir neçə gün ərzində mağazaya kifayət qədər paltar təqdim olunub ki onlar da imkansız şəxslərə paylanılıb. İstifadə olunmuş paltarların qəbulu zamanı bir şərt var - paltarlar yuyulmuş və ütülənmiş olmalıdır. Mağazada təzə paltarlar da var.

Bu kampaniyadan yararlananlar arasında paytaxtın müxtəlif ərazilərindən olanlar var. Heç nə ödəmədən ayaqqabıdan tutmuş paltoya, uşaq geyimindən bəzək əşyalarına qədər hər geyimi əldə etmək imkanı olanlar təşkil edilmiş bu xeyirxah işdən çox məmnun görünürlər.

Xeyirxahlığı, yaxşılıq etməyi özləri üçün borc bilən 20 nəfərə yaxın könüllü paltarların mağazaya cəlbi ilə yanaşı gələnlərə də seçim etməkdə kömək edirdilər.

Amma mağazada bir xoşagəlməyən məqam da var. Bura insanlar növbə ilə buraxılırlar. İlk daxil olanlar geridəkiləri düşünmək istəmir. Onların arasında elələri var kı, bir paltardan bir neçə ədəd götürməkdən çəkinmirlər. Təşkilatçılar buna qarşı çıxsalar da insanların xətrinə dəyməmək üçün göz yummalı olur.

Mağazadan paltar əldə edənlər üçün də bir şərt var ki, üzərində şəxsiyyətini təsdiq edən sənəd olmalıdır.

Mağaza hər gün günorta saat 14-00-dan 17-00-a qədər fəaliyyət göstərir. Bu vaxt ərzində geyimlərin paylanması ilə yanaşı qəbulu də həyata keçirilir.

Milli.Az

Длительность: 2:35 Просмотров: 6.0K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео