Tələbə qızın mənzildən meyiti tapıldı

Bu gün səhər saatlarında şəhərinin Həzi Aslanov küçəsindəki 18 saylı evdə bədbəxt hadisə qeydə alınıb. İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, Aygün Mikayılova dünyasını dəyişib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, o, qrup yoldaşı ilə birlikdə kirayə yaşadığı evdə axşam saatlarında yuyunmaq üçün hamama daxil olur. 2 saatdan sonra ondan bir xəbər çıxmadığını görən otaq yoldaşı hamamın qapısı önündən onu səsləyir. Bir xəbər çıxmadığını görüb qapını qırır. Səs-küyə gələn qonşular onun yuyunma otağında huşsuz vəziyyətdə olduğunu görür.

Hadisə yerinə çağırılan təcili tibbi yardım birqadası onu xəstxanaya gətirir. Reanimasiya şöbəsinə gətirilən xəstənin artıq dünyasını dəyişdiyi müəyyən edilib. İlk olaraq qızdırıcıdan sızması etimal olunan dəm qazından zəhərləndiyi bildirilsə də, ölüm səbəbi tibbi ekspertizanın rəyindən sonra dəqiq məlum olacaq.

Hadisə şahidləri və qonşuların sözlərinə görə, hadisəyə dəm qazının yox, Aygünün səhhətində yaranan problemlərin səbəb olduğu bildirilir. Hadisə şahidinin sözlərinə görə, suqızdırcı hamamın yuyunma otağında deyil, geyim otağındadır və hamamda 2 ədəd hava təmizləyici var. 22 yaşlı qızın meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq səbəblərini araşdırır.

Qeyd edək ki, Aygün Mikayılova Şamaxı Dövlət Humanitar Kollecinin ikinci kurs tələbəsi olub. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Длительность: 2:17 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео