İdmançımız ermənilərin önünə "Xocalı" yazısı ilə çıxaraq qalib gəldi

2021 Просмотров

Добавлено: 27.02.2016
Категории: Спорт
Тэги: idman

Nəriman Abbasov Nikolay Qaponova qalib gəldi Moskvada keçirilən MMA (Qarışıq döyüş forması) üzrə "Fight Night Global" turnirində azərbaycanlı döyüşçü Nəriman Abbasov qələbə qazanıb. ANS PRESS-in məlumatına görə, təmsilçimiz turnirin 1/4 final mərhələsində rus idmançısı Nikolay Qaponovla üzü-üzə gəlib. Döyüşçümüzün qələbəsi ilə yanaşı, Abbasovun rinqə çıxmazdan əvvəl atdığı addımı da alqışa layiq olub. Belə ki, o, rinqə dəvət olunarkən üzərində "Khojaly Genocide" yazılan formanı geyinib. Döyüş Xocalı faciəsinin 24-cü ildönümünə təsadüf etdiyindən idmançımız turnirdə iştirak edənlərə 1992-ci il fevralın 26-da yaşanan soyqırım barədə məlumat verib. Yarışa erməni iştirakçılar da qatılıb. Nəriman Abbasovdan sonra meydana məhz erməni idmançı çıxıb. Qaydalara əsasən, idmançıların siyasi şüarlar olan formalardan istifadə etməsi qadağan olunur. Əvvəlcədən aşkarlanarsa, buna icazə verilmir. Ancaq Abbasovla yanaşı, məşqçilər korpusu da son anda formalardan istifadə edib və istəklərinə nail olublar. Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Həmin gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutulub. Şəhər əhalisindən 613-ü düşmən gülləsinə tuş gəlib, soyqırımın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Gülləyə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.