Kürdəmir sakini qaynının evinə 26 dəfə atəş açdı

1294 Просмотров

Добавлено: 27.02.2016
Категории: Разное

Kürdəmirdə iki qardaşın güllələnməsi ilə nəticələnən insidentin səbəbi məlum olub. Milli.Az APA-ya istinadən bildirir ki, rayonun Topalhəsənli kənd sakini Məhəmmədəli Abdullayev qaynı Natiq Dəmirovun ad günündə həddindən artıq içkili olmasına baxmayaraq yenə içki istəyib. N. Dəmirov buna etiraz edəndə mübahisə yaranıb. M. Abdullayev evinə gedərək ov tüfəngini götürüb və qaynının həyətinə girərək evin qapısına 26 dəfə atəş açıb. Nəticədə, N. Dəmirov və qardaşı Raqif bədəninin müxtəlif nahiyələrindən güllə yaraları alıblar.