Məktəblilər fləşmob keçirdilər

İsmayıllıda Xocalı faciəsinin ildönümü münasibətilə yürüş keçirilib. Yürüş iştirakçıları erməni faşizmi qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsinin önünə əklil qoyublar.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, erməni qəsbkarları tərəfindən müxtəlif vaxtlarda qətlə yetirilən soydaşlarımızın xatirə momerialı önünə qərənfillər düzülüb. Ardından məktəblilərin iştirakı ilə hərbi vətənpərvərlik ruhunda fləşmob keçirilib. Daha sonra rayon Mədəniyyət Sarayında faciə səhnələrini əks etdirən sərgi nümayiş olunub. Tədbir Xocalı faciəsini canlandıran tamaşa ilə başa çatıb.

Milli.Az

Длительность: 1:08 Просмотров: 3.1K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео