Şəmkirdə həkim tələbəsini işə deyil, cinayət əməlinə sövq edib

Şəmkirdə soyğunçuluq edən dəstə zərərsizləşdirilib. Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəxslər rayon sakininə məxsus avtomobildən 15000 manat, 15800 ABŞ dolları və 1 ədəd mobil telefonu ələ keçirməyə cəhd göstəriblər. Lakin polisin ayıq-sayıqlığı ilə arzuları necə deyərlər ürəklərində qalıb.

Şəmkir rayon sakinləri 50 yaşlı Natiq Rzayev, 36 yaşlı Müşfiq Əhmədov və 22 yaşlı Sarif Əliyev qabaqcadan əlbir olub dəstə yaradaraq, rayon sakini Yalçın Sadıqovu qarət etmək üçün plan qurublar. Bir neçə gün sahibkar olan Sadıqovu təqib edən dəstə üzvləri işdən evə gedərkən onun "Mercedes" markalı avtomobilinin yük yerinə külli miqdarda pul qoyduğunu görüblər. Qurulan plan əsasında ötən gün axşam saatlarında Sarif Əliyev pulu avtomobilin yük yerindən götürərək, onu təyin olunan başqa bir yerdə gözləyən yoldaşlarına çatdırmaq üçün ərazidən uzaqlaşmağa cəhd göstərib. Orada xidmət aparan post patrul xidməti əməkdaşlarının sayıqlığı nəticəsində onun bu cəhdi boşa çıxıb.

Длительность: 2:56 Просмотров: 3.4K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео