"Göydən insan başı yağırdı"

386 Просмотров

Добавлено: 26.02.2016
Категории: Разное
Тэги: Xocalı faciəsi

El arasında "Min evil" adlandırılan, eni 6, uzunluğu 14 kilometr olan 3 kənddən ibarət Xocalı 24 il öncə mənfur ermənilər tərəfində vəhşicəsinə işğala məruz qalıb. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Kətik, Boz və Kirs dağlarının ətəyi ilə Qarqar çayının sahilində, eni təxminən 20, uzunluğu 40 kilometr olan vadidə yerləşən Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə, təxminən saat 23 radələrində ermənilərin bombardmanına məruz qaldı. Həmin anların acı xatirələrini könüllülər batalyonunun heyətində Xocalını günlərlə düşməndən müdafiə edən Zahir Usubov və Babək Nağıyev hələ də unuda bilmirlər. Faciə şahidlərinin sözlərinə görə, yerlə yeksan edilən Xocalını tərk edənlərin bir qismi Ağdamın Abdalgülablı, əksəriyyəti isə Qarqar çayı ilə Qara Qaya istiqamətində Ağdama doğru yollanırlar. Lakin günlərlə yol qət edən insanların bəziləri ərazinin keçilməz, havaların isə qarlı, şaxtalı olması səbəbindən donaraq həyatını itirir. Bəziləri isə yolboyu ermənilərin qurduqları pusqulara düşərək gülləbaran edilir. "İri kalibirli pulemyotun bir gülləsi 20 adamı deşib keçir, hərəsindən 3,4 kilo ət tullayır. Göydən qol, qıça yağırdı, adam başı yağırdı, beyin yağırdı, insan əti yağırdı", - deyən Zahir Usubov eyni zamanda Xocalıda aparılan çəkilişlərdə Milli qəhrəman Çingiz Mustafayevə bələdçilik də edib. Mingəçevirdə müvəqqəti məskunlaşan Zahid Usubov və Babək Nağıyev Xocalıya qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Milli.Az