Ad günü keçirməyən şəkili adı ilə fəxr edir

405 Просмотров

Добавлено: 26.02.2016
Категории: Разное

KANAL S (REGİON TV) xəbər verir ki, Şəki sakini Xocalı İsmayılov 24 ildir ki, doğum gününü qeyd etmir. Səbəb isə onun adı və doğulduğu tarixlə bağlıdır. O, 1992-ci il fevralın 26-da Şəkinin Baş Göynük kəndində anadan olub. Həmin gün İsmayılovlar ailəsində sevinc və kədər hissi bir-birinə qarışmışdı. Bəli, məhz həmin tarixdə Azərbaycan xalqı ən faciəli günlərindən birini yaşayırdı. Xocalıda soydaşlarımız ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi. Baş verən qırğından təsirlənən babası tərəddüd etmədən körpənin adını Xocalı qoyur. Öz keçmişini unudan xalqın gələcəyi də olmaz. Xocalı ismi ilə Azərbaycan tarixinin qanlı və şanlı səhifələrindən birini özündə yaşadan qəhrəmanımız adı ilə fəxr etdiyini deyir. Bəzən tanış olduğu insanlara adının mahiyyətini izah etmək məcburiyyətində qalsa da, bu, onu usandırmır, əksinə, adı ilə Xocalı harayını ucaltmaq, dünyaya çatdırmaq istəyir. İndiyədək ona adını dəyişdirməklə bağlı məsləhət verən çox olub. Ancaq Xocalı heç vaxt razı olmayıb. İndi onun tək istəyi torpaqlarımızın işğaldan azad edilməsi, adının faciə ilə deyil, şanlı zəfər tarixi ilə birgə xatırlanmasıdır. Milli.Az