İnsanlığın öldüyü yer - XOCALI

TTV (Region TV) xəbər verir ki, 24 il sonra əməkdaşlarımız həmin dəhşətlərin canlı şahidi olmuş döyüşçülərlə görüşüblər. Azərbaycanlıların başına gətirilən müsibətləri bir daha Ceyran Ələkbərovanın hazırladığı reportajla xatırlayaq.

Xocalı... 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının qəsəbədə törətdiyi vəhşilikdən sonra bu ad Azərbaycanın qan yaddaşına dönüb. Xocalı faciəsi insanlığa yönələn ən dəhşətli cinayətlərdən biri kimi bəşər tarixinə yazılıb. II qrup Qarabağ müharibəsi əlili - Hüseyn Əzimov 1988-ci ildə böyüyüb boya-başa çatdığı doğma yurdundan - Əsgərandan qaçqın düşür. Erməni silahlıları rus hərbçilərinin köməyilə rayonu işğal etdikdən sonra qəhrəmanım ailəsi ilə birlikdə məhz Xocalıya sığınır.

Длительность: 4:23 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео