Dövlətin saxta pullarla dövlətlənmək istəyi baş tutumadı

İstənilən ölkədə pul çap etmək dövlətin səlahiyyətində olan bir işdir. Amma adı Dövlət olan bir Sabirabad sakini ona da belə ixtiyar verildiyini düşünüb və problemlə üzləşib.

Polis onu saxta pulları dövriyyəyə buraxmaq cəhdi ilə bağlı həbs edib. Kəpəz TV (Region TV) xəbər verir ki, Sabirabad rayon sakini, 24 yaşlı Dövlət Sabirli Sumqayıt şəhəri ərazisində dövriyyəyə saxta əskinaslar buraxmaq istəyərkən şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxta pulla dövlətli olmaq istəyən Dövlətlə söhbət zamanı məlum olub ki, pulları printer vasitəsi ilə çapdan çıxarıb. Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evə baxış zamanı 1 ədəd "HP" markalı printer aşkar edilərək götürülüb.

Printerlə çapdan çıxardığı saxta pulları xərcləmək istəyən Dövlət Sabirli ilk cəhddən özünü necə deyərlər "yandırıb". Onun cibindən çıxardığı saxta pullar satıcının diqqətindən yayınmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis idarəsində saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Qeyd edək ki, bu maddə ilə təqsirli bilinən şəxsi 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Длительность: 1:39 Просмотров: 3.4K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Saxta pul
Пожаловаться

Похожие видео