Çayda əl qumbarası tapıldı

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, fevralın 24-ü, axşam saat 17 radələrində adı açıqlanmayan vətəndaş Şəki şəhəri ərazisindən axan Qurcana çayında əl qumbarası olması barədə ərazidəki polis əməkdaşına məlumat verib.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, məlumat əsasında hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə əməkdaşları çaydan bir ədəd "RQD-5" əl qumbarası götürüblər.

Hazırda Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları qumbaranın çayın ərazisinə hardan və kim tərəfindən atılmasını araşdırır.

Qeyd edək ki, qəlpələnən əl qumbarası olan RQD-5, əsasən, hücum döyüşlərində tətbiq edilir.

Milli.Az

Длительность: 1:02 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Пожаловаться

Похожие видео