Mənzillərin sığortasına maraq azdır

Avtomobillər kimi mənzillər də icbari qaydada sığorta edilməlidir. Statistik rəqəmlər göstərir ki, avtomobillərin icbari sığortası ilə müqayisədə mənzillərin sığortalanması sahəsində vəziyyət ürəkaçan deyil.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, mənzillərin icbari sığortasının geniş yayılmadığını statistik rəqəmlər də göstərir. Maliyyə Nazirliyinin məlumatına görə yaşayış evlərinin və mənzillərinin təxminən 10 faizi sığortalanıb. Yəni daşınmaz əmlakın icbari sığortası haqqında qanuna 90 faiz əməl olunmur.

Mütəxəssislər bildirir ki, buna səbəb əmlak sahiblərini sığortaya təşviq edən mexanizmdəki çatışmazlıqlardır.

Mənzillərin icbari sığortasına marağı artırmaq üçün ekspertlərin təklifləri var. İlk növbədə insanlar arasında icbari sığortanın əhəmiyyəti barəsində təbliğat aparılmalıdır. Digər tərəfdən yumşaq məcburetmə tədbirlərindən də istifadə etmək olar.

Mənzillərin sığortasına görə illik sığorta haqları isə olduqca azdır. Sığorta haqları paytaxt və bölgələrdə fərqlidir

Sumqayıt, Naxçıvan və Gəncədə illik sığorta haqları 40 manat, digər bölgələrdə isə 30 manat təşkil edir.
Milli.Az

Длительность: 2:12 Просмотров: 1.8K Добавлено: 8 лет назад
Пожаловаться

Похожие видео