Taksilər Bakıda problem yaradır

Xırdalan və 20 yanvar dairələrinə daxil olan sürücülər bir neçə dəqiqə tıxacda qalırlar. Səbəb isə adı çəkilən yollarınn hərəkət hissəsində bəzi sürücülərin taksi fəaliyyəti ilə maşğul olmasıdır. Yol polisi isə bu cür sürücülər barəsində sərt cəza tədbirləri görüləcəyini bildirir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bu yolda isə dayanma və durmanı qadağan edən lövhə olsada nişanın təsir zonasında taksi fəaliyyəti ilə məşğul olurlar.

Məsələn, Sumqayıt istiqamətinə hərəkət edən sürücülər Xırdalan dairəsinə daxil olarkən vaxt itgisi ilə üzləşirlər. Çünki yolun hərəkət hissəsində həm avtobuslar, həm də Sumqayıt istiqamətinə işləyən taksilər dayanaraq müştəri gözləyirlər.

20 Yanvar adlanan dairədə müvafiq nişan olasa da, sürücülər buna məhəl qoymur. Bəzisi, dairədə bəzisi isə yolun kənarında avtomobili saxlayır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, Xırdalan dairəsi adlanan ərazidə olan dayancaqda taksilərin dayanacağı zəbt etməsi səbəbindən orada tıxac yaranır və bu məqsədlədə bir neçə sürücü barəsində cəza tədbiri görülüb. Ümumilikdə isə, həm 20 yanvar həm də Xırdalan dairəsində qanunun tələblərini pozan sürücülər barəsində sərt cəza tədbirləri görüləcək.
Milli.Az

Длительность: 2:02 Просмотров: 2.2K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: Taksi Problem
Пожаловаться

Похожие видео