Gəncədə tələbə bıçaqlanıb

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Göyçay rayon sakini, 18 yaşlı Samir Mahmudov cərrahiyyə şöbəsinə gətirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, eləcə də sifətin və sol qolun kəsilmiş diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib və həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər. Samir Mahmudovun dediyinə görə, Azərbaycan Texnologiya Universitetinin birinci kurs tələbəsidir və onu kirayə mənzildə birlikdə qaldığı otaq yoldaşı münaqişə zəminində bıçaqlayıb.
Mehman Hüseynov - həkim: "Xəstə şöbəmizdə müayinə olunub, ilk yardım göstərilib, yaralar tikilib. Döş qəfəsinin daxilə keçən yarası olduğu üçün hazırda cərrahların nəzarəti altında saxlanılır. Öz otaq yoldaşı ilə münaqişə zamanı bir-birilərinə xəsarət yetiriblər və dərhal xəstəxanaya çatdırılıb".

Faktla bağlı araşdırma aparılır.

Длительность: 0:55 Просмотров: 2.5K Добавлено: 8 лет назад
Категории: Разное
Тэги: tələbə bıçaq
Пожаловаться

Похожие видео