"Dinamo" (Kiyev) "Mançester Siti" 1 - 3

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, "Dinamo" (Kiyev) doğma meydanda "Mançester Siti" lə qarşılaşıb. Oyuna qonaqlar fəal başlayıblar. Əvvəlcə 15-ci dəqiqədə Aquero fərqlənib. 40-cı dəqiqədə isə Silvanın zərbəsi dəqiq alınıb.

58-ci dəqiqədə Buyalski ingilislərin qapısına yol tapıb. Lakin sonuncu dəqiqədə Ture oyunda son nöqtəni qoyub - 1:3.

Digər matç isə Niderlandda baş tutub. Yerli PSV "Atletiko"nu (Madrid) qəbul edib.

68-ci dəqiqədə meydan sahibləri azlıqda qalıblar - Pereyro ikinci sarı kart alaraq meydanı tərk edib. Oyunda qapılar toxunulmaz qalıb - 0:0.

Milli.Az

Длительность: 3:52 Просмотров: 2.9K Добавлено: 8 лет назад
Категории: Спорт
Тэги: futbol top qol
Пожаловаться

Похожие видео