Sürücülərin iştirakı olmadan qərar çıxarılmayacaq

708 Просмотров

Добавлено: 24.02.2016

Yol hərəkəti qaydaları əleyhinə inzibati xətalara baxılarkən sürücülərin yol polisi orqanlarına, onların vəzifəli şəxslərinin yanına çağırılması qadağan idi. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, belə bir məcburiyyət olmadığına görə, bir sıra hallarda sürücülərin iştirakı olmadan qərarlar çıxarılırdı. Bu isə təbii ki, müəyyən mübahisələrə səbəb olurdu. Buna son qoymaq üçün yeni İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib. Qayda pozan sürücülərə tərtib edilən protokola baxılma qaydaları dəyişir. Söhbət protokolların araşdırılması zamanı sürücünün prosesdə iştirakından gedir. Martın 1-də qüvvəyə minəcək qaydalar sürücünün iştirak hüququnu təmin etmək üçün polisin üzərinə məsuliyyət qoyur. Sürücünün çağırılması üçün ona bildirişlər təqdim edilməlidir. Bildirişlər iki formada hazırlana bilər Çağırışa baxmayaraq sürücü bildirişdəki tarixdə iştirak etməsə onda qərar onun iştirakı olmadan qəbul ediləcək. Milli.Az